Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.
Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:
● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;