BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yalnız quşların sayı artıb – Nə qədər heyvan var?

Azərbaycanda 2024-cü ilin əvvəlində iribuynuzlu mal-qaranın sayı 2 milyon 465 min 622 baş olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu göstərici əvvəlki illə müqayisədə 1,7% azalıb.


Rəsmi statistikaya əsasən, ölkədə digər ev heyvanlarının sayı da azalıb:


- İnək və camışlar – 1 224 201 baş (0,9% azalma)
- İnəklər – 1 178 597 baş (0,5% azalma)
- Camışlar – 45 604 baş (10,7% azalma)
- Qoyunlar – 6 502 333 baş (2,1% azalma)
- Keçilər – 394 187 baş (6,1% azalma)
- Donuzlar – 3 101 baş (35,7% azalma)
- Atlar – 49 442 baş (6,8% azalma)
- Dəvələr – 350 baş (3% azalma)
- Eşşəklər – 12 709 baş (14,8% azalma)
- Arı ailələri – 579 027 baş (3,1% azalma)


Yeganə artım isə quşların sayında müşahidə olunub. Ölkədə quşların sayı 29 290 322 baş təşkil edərək 2,1% artıb.

Tarix: 22 Mart 2025, 22:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin