Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ev yanıb, 53 yaşlı qadın ölüb

594
Paylaş:
Ev yanıb, 53 yaşlı qadın ölüb

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan  birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.

Paylaş:

Ən son xəbərlər