"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Dostlarım sayəsində depressiyadan tez çıxdım. Oğlumla bərabər yaşayıram".
Bu sözləri aktrisa Xuraman Əlizadə "Tam səmimi" verilişində deyib. O, həyat yoldaşı Murad Xankişiyevlə ayrıldığını təsdiqləyib:
"Allah hamının yolunu açıq eləsin. Qarşı tərəfi də Allah xoşbəxt etsin ki, biz ümumiyyətlə onun yadından çıxaq. Və Allah məni o qədər xoşbəxt etsin ki, yaşadığmız gözəl günləri belə unudum. Hər şey silinsin istəyirəm. Elə şeylər yaşadım ki, bəlkə də heç bir qadın bunları yaşamayıb. Ayrılanda da insan elə ayrılmalıdır ki, xoş münasibət olsun, dost kimi. Çünki mən onun ailəsi, övladının anası olmuşam. Düzdür, o pis insan deyil. Amma ola bilər də insandır, fikri harasa yönələ bilər. Allah onu məndən də xoşbəxt etsin, başı özünə qarışsın. Bəzi şeylər baş verdi, dözə bilmədim. Əslində çox şey danışa bilərəm, amma efirdir".
Xuraman ayrıldıqdan sonra depressiyaya düşdüyünü bildirib:
"Adi insanın evində baxdığı heyvan 5 ildən sonra öləndə ağlayır. O ki, qaldı belə bir insan həyatından çıxır gedir: sevdiyin, nikahlı həyat yoldaşın. İnsan necə depressiyaya düşməyə bilər? Bu gün gülə-gülə danışıram, heç cür məni ağlada bilməzsiniz. Çox şükür Allaha ki, bu gün rahatam. Artıq evimi sevməyə başlamışam. Bir ara ümumiyyətlə evə getmək istəmirdim. İnsan sənin həyatına gəlirsə, o bir missiya yerinə yetirir. Onun da missiyası oğlumu mənə bəxş etmək idi. Ən gözəl missiya. Bu gün övladımla xoşbəxtəm. Qətiyyən ona demirəm ki, atanla görüşmə. Onunla barışmaq üçün mənə əl yeri qalmayıb. Sadəcə alınmadı deyək. Övladımla bir-birilərini sevirlər. Oğlum zatən böyüyəndə hər şeyi dərk edəcək. Zatən bilir".