Ağsuda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. Qəza zamanı dünyasını dəyişən şəxs və sürücü iş yoldaşı olublar.
“VAZ 2106” markalı maşının sürücüsü, rayon sakini Nazim Abışov şəhər ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək daş hasara çırpılmışdı. Qəza zamanı avtomobildə olan sərnişin Ağsu sakini Əmirov Rövşən Əzizbəy oğlu dünyasını dəyişmişdi.
Hər iki şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Şirvan Regional filialının əməkdaşları olublar.
Mərhum Rövşən Əmirov aparıcı mütəxəssis vəzifəsində çalışıb. Nazim Abışov isə həmin filialın Ağsu qəbul Şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyib.