“Air Astana” aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.
Müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib.