Yay aylarında turist kimi xarici ölkələrə gedənlər turpaketləri indidən rezervasiya etsələr yaxşıdır. Çünki erkən rezrvasiya zamanı turpaketləri indi daha ucuz qiymətə əldə etmək mümkündür.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, yanvar-fevral aylarında erkən rezervasiya yay ilə müqayisədə 40%-ə qədər, mart, aprel və sonrakı aylarda isə 25%-ə qədər ucuz başa gəlir. Ekspert bildirir ki, yay aylarında əsas tələb Türkiyə, Gürcüstan və Avropa istiqamətlərinə olur. Turistlər erkən rezervasiya endirimlərindən iyun ayına qədər yararlana bilərlər.
Ekspert tövsiyə edir ki, əgər turistlər daha ucuz turpaketlər əldə etmək istəyirlərsə, yerli aviadaşıyıcı "azal"ın reysləri olan şəhərlərə üstünlük versinlər. Çünkü bu istiqamətlərdə əlavə transfer xərcləri olmur və buna görə də, qiymətlər münasib olur.