Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb.
Hadisə martın 24-ü səhər saatlarında Aşağı Tala kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun meyiti yaşadığı evin hamamında aşkarlanıb. Müayinə zamanı onun dəm qazından boğularaq öldüyü məlum olub.