Bakıda itkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirilib.
Bu barədə Teleqraf-a "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, yeniyetmə aqressivdir və boyun hissəsində zədələr var: "Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar".
K.Ağazadə qızın sığınacağa hələ yeni gəldiyini bildirib: "Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Niyə bu addımı atması ilə bağlı ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər".
Birliyin sədri itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: "Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burada qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlaqə saxlayırdıq, o da bizə "Sabah gətirəcəyəm", "Bu gün gətirəcəyəm" dedi, amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi, bizdə qeydiyyatda olub, bir gün də qalmışdı".
Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.
20 Aprel 13:31
20 Aprel 13:18
20 Aprel 12:55
20 Aprel 12:53
20 Aprel 12:19
20 Aprel 12:17
20 Aprel 12:15
20 Aprel 11:55
20 Aprel 11:06
20 Aprel 10:57
20 Aprel 10:24
20 Aprel 09:45
20 Aprel 09:44
20 Aprel 09:43
20 Aprel 09:40
20 Aprel 09:35
20 Aprel 09:34
20 Aprel 09:34
20 Aprel 09:33
20 Aprel 09:32
20 Aprel 09:30
20 Aprel 09:29
20 Aprel 09:28
20 Aprel 09:28
20 Aprel 09:27
20 Aprel 09:21
20 Aprel 01:13
19 Aprel 21:00
19 Aprel 20:59
19 Aprel 20:56
19 Aprel 20:52
19 Aprel 20:49
19 Aprel 20:48
19 Aprel 20:44
19 Aprel 20:40
19 Aprel 19:45
19 Aprel 19:37
19 Aprel 19:23
19 Aprel 18:54
19 Aprel 18:51
19 Aprel 18:30
19 Aprel 17:50
19 Aprel 17:30
19 Aprel 17:27
19 Aprel 17:22
19 Aprel 17:15
19 Aprel 17:01
19 Aprel 16:56
19 Aprel 16:47
19 Aprel 16:39
19 Aprel 16:35
19 Aprel 16:26
19 Aprel 16:20
19 Aprel 16:15
19 Aprel 15:59
19 Aprel 15:52
19 Aprel 15:37
19 Aprel 15:31
19 Aprel 15:22
19 Aprel 14:01
19 Aprel 13:58
19 Aprel 13:20
19 Aprel 13:19
19 Aprel 13:18
19 Aprel 13:15
19 Aprel 13:13
19 Aprel 13:11
19 Aprel 12:40
19 Aprel 12:37
19 Aprel 12:36
19 Aprel 12:34
19 Aprel 12:33
19 Aprel 12:24
19 Aprel 12:22
19 Aprel 12:18
19 Aprel 12:15
19 Aprel 11:51
19 Aprel 11:40
19 Aprel 11:31
19 Aprel 11:22
19 Aprel 11:05
19 Aprel 11:02
19 Aprel 10:58
19 Aprel 10:46
19 Aprel 10:44
19 Aprel 10:04
19 Aprel 09:42
19 Aprel 09:38
19 Aprel 09:15
19 Aprel 09:13
19 Aprel 09:05
19 Aprel 07:59
19 Aprel 07:36
19 Aprel 07:30
19 Aprel 07:28
19 Aprel 07:17
19 Aprel 01:49
19 Aprel 01:46
19 Aprel 01:44
19 Aprel 01:41
19 Aprel 01:40
19 Aprel 01:36
19 Aprel 01:35
19 Aprel 01:29
19 Aprel 01:27
19 Aprel 01:25
19 Aprel 01:23
19 Aprel 01:21
19 Aprel 00:53
18 Aprel 22:38
18 Aprel 22:35
18 Aprel 22:34
18 Aprel 22:31
18 Aprel 22:30
18 Aprel 22:26
18 Aprel 22:18
18 Aprel 21:39
18 Aprel 21:28
18 Aprel 21:25
18 Aprel 21:21
18 Aprel 21:11
18 Aprel 21:04
18 Aprel 20:38
18 Aprel 20:35
18 Aprel 19:40
18 Aprel 18:36
18 Aprel 18:12
18 Aprel 18:10
18 Aprel 18:09
18 Aprel 18:06
18 Aprel 18:00
18 Aprel 17:58
18 Aprel 17:55
18 Aprel 17:48
18 Aprel 17:45
18 Aprel 17:43
18 Aprel 17:38
18 Aprel 17:33
18 Aprel 17:29
18 Aprel 17:23
18 Aprel 16:45
18 Aprel 16:39
18 Aprel 16:15
18 Aprel 16:01
18 Aprel 15:59
18 Aprel 15:58
18 Aprel 15:51
18 Aprel 15:31
18 Aprel 15:26
18 Aprel 15:09
Ən son xəbərləri səhifəmizdən də izləyin