Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk iki ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olublar. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, bunlardan 336-sı dayanma ehtiyacı olmadığı halda "STOP" açarının işə salınması nəticəsində baş verib.