Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını başa düşüb. Dələduzluqda təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.
Onu bu dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.
Akif Quliyev sonuncu cinayət əməlində- dələduzluqda Arzuman adlı tanışını Daşkən Rayon İcra Ahkimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə 400 min lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş görmədiyi üçün Akif Quliyevdən şikayət edib.
Məhkəmə istintaqı zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut kimi qəbul edilib.