Balakən rayonunun Kortala kəndində gecə saatlarında Vətən Müharibəsi şəhidi Əsgər Hüseynovun xatirəsinə inşa edilən yardımçı tikilidə yanğın baş vermişdi.
Yanğının hansı səbbədən baş verməsinin təfərrüatı məlum olub.
Məlumata görə, şəhidin valideynləri Müslümat və Vaqif Hüseynovlar həmin həyətdə yaşayırmışlar.
Yanğın ilk olaraq həyətdəki ot tayasında başlayıb. Sonra isə yaxınlıqda şəhidin xatirə mzueyi kimi tikilmiş evə keçib.
Araşdırma zamanı məlum olub ki, yanğını Vaqif Hüseynovun qızının əri törədib. Belə ki, Vaqif Hüseynovun qızı Leyla əri Elmarla ailə münaqişəsi zəminində mübahisə edərək ata evinə gəlib. Elmar uşağını görmək istəsə də Leyla bununla razılaşmayıb.