Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.
Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur.
Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.