Xəbər verdiyimiz kimi, dünən Tovuzun Xatınlı kəndində 42 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Kəmalə Əmrahova həkim-pediatr olub.
Məlumata görə, o, Novruz bayramını qeyd etmək üçün əmisigilə qonaq gedib. Hadisə də K.Əmrahova hamam otağında olarkən baş verib.

