Myanmada 7,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti bildirib.
Zəlzələ ölkənin Mandalay şəhərində baş verib.
Qeyd edilib ki, zəlzələnin ocağı 16 km dərinlikdə olub.
Zəlzələ yerli vaxtla saat 12:50 radələrində baş verib.
İlkin zəlzələdən təxminən 12 dəqiqə sonra 6,4 bal gücündə ikinci güclü zəlzələ baş verib.