Paytaxtın Yasamal rayonunun "Kubinka" kimi tanınan ərazisində aparılan söküntü işləri ilə bağlı bir vətəndaş şikayət edib. Bu barədə sakin şikayət videosu yayımlayıb.
O qeyd edib ki, "RR Construction" şirkəti vətəndaşların hərəkət etməsinin qarşısını almaq üçün evlərini blokadaya alıb:
"Hər yeri söküblər, yollarımızı bağlayaraq məhdudlaşdırıblar. Söküntü işləri Fuad İbrahimbəyov küçəsi 27 ünvanında aparılır. Bunu ona görə edirlər ki, insanlar buradan çıxa bilməsinlər. Artıq dərəbəyliyə başlayıblar".