Xəbər verdiyimiz kimi, dünən paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.
Söküntü zamanı daxilində yaşayış olan evin bir hissəsi ekskavator vasitəsilə dağıdılıb. Azxeber.com olaraq tikinti şirkətinin qanunsuz əməlləri haqda apardığımız araşdırma zamanı məlum olub ki, bu "Melissa Group"un ilk qanunsuz əməli deyil.
Belə ki, eyni hadisə keçən ilin oktyabr ayının 21 Yasamal rayonu, Birinci Alatava qəsəbəsində baş verib. Eyni ssenari üzrə hərəkət edən şirkət əməkdaşları yaşayış olan evləri sökməyə başlayıblar.
"Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib.
Vətəndaşlar arasında qorxu və çaşqınlıq yaradan hadisədən 5 ay keçdikdən sonra yenidən təkrarlanıb.