Yasamal rayonu, Həsən Məcidov küçəsi 12 ünvanında yerləşən məşhur "Apex" Stomatoloji və Estetik Klinikası külli miqdarda cərimələnib.
Pravda.az Qaynarinfo-nun məlumatına görə, klinikanın cərimələnməsinə səbəb diş çəkimi zamanı 8 yaşlı Sara adlı azyaşlının alveol sümüyünün zədələnməsinə görə aparılan araşdırma olub.
Belə ki, Mətin Əsgər "Atəşgah" sığorta şirkəti tərəfindən sığortalı, 8 yaşlı Sara adlı qızını aşağı çənəsində 7.5-ci dişin kəskin ağrıları ilə "Apex" Klinikasına aprıb.
Sığortanın göndərişi əsasında 8 yaşlı Saranı Almaz Ağarəhimova adlı həkim müayinə edib. Əvvəlcə azyaşlının dişinə plomb qoyulacağını bildirən həkim sonradan Sranın narahatlığını əsas gətirərək onun süd dişinin çıxarılması barədə qərar verib. Həkim azyaşlının ağız boşluğuna bir neçə dəfə keyidici iynə vursa da, onun dişini çıxara bilməyib. Bundan sonra klinikanın baş həkimi Əli Əliyev tərəfindən azyaşlının dişi çıxarılsa da, üzündə şişkinliklər yaranıb.
Mətin Əsgər Nərimanov rayonunda yerləşən klinikaların birində qızının dişini müayinə elətirib. Məlum olub ki, "Apex" Klinikasında azyaşlının alveol sümüyünü zədələyiblər.

.jpg)