Bakıda həbsdən çıxmış şəxs viski oğurladığı üçün yenidən saxlanılıb.
Pravda.az"Qaynarinfo"ya istinadən xəbər verir ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş F.G. Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən "Neptun" marketindən 1 ədədinin dəyəri 246.53 manat təşkil edən "Singleton-18" markalı viskini oğurlayıb.
F.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.