Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sözügedən avtomobil duracağa yerləşdirilib: "Faktla bağlı araşdırma aparılır".