Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.
Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.