Azərbaycan teatr camiyəsində gərginlik davam edir.
Qalmaqala səbəb Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin Facebook səhfəsindəki paylaşımı olub.
Bədii rəhbər 2013-cü ildə Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə qoyulan "Qatil" tamaşasından foto paylaşaraq qeyd edib:
"Lefkoşa – 2013-cü il. Şimali Kipr Türk Respublikasının millət vəkilləri, Türkiyə Mədəniyyət Nazirliyinin müstəşarı və Azərbaycan nümayəndəliyi Lefkoşada "Qatil" tamaşasından sonrakı xatirə şəkli... Bu tamaşaya görə Mədəniyyət Nazirliyinin Azərbaycana təşəkkür məktubu var. Böhtan və iftiradan utanmayan xəbislərə demək istəyirəm ki, Elçinin "Qatil" tamaşası qadına şiddətə qarşı ən layiqli layihə kimi 2 il boyunca Şimali Kiprdə nümayiş etdirilib.
Bu isə bir vaxtlar onun (red. Məlahət Abbasovanı nəzərdə tutur) Türkiyədə "hocanın" adamının adamı kimi vəzifəyə gətirilməsinə qətiyyən bənzəmir".
Türkiyədə yaşayan tanınmış aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasova isə bu paylaşımı "böyük yalan" adlandırıb və teatr camiəsini çalxalayacaq şok açıqlamalar verib:
"2012-ci ildə Kipr Dövlət Teatrında səhnələşdirilən “Qatil” əsəri qeyri-etik, pornoqrafik səhnələri və son dərəcə zəif tamaşa olması səbəbilə cəmi 3 ay repertuarda qalmış, bu müddət ərzində isə cəmi 5-6 dəfə nümayiş etdirilmişdir. Teatr rəhbərliyi tamaşanın uğursuzluğuna görə qastroldan imtina etmiş və Kipr tamaşaçılarının narazılığı nəzərə alınaraq, 3 ay sonra tamaşa repertuardan tamamilə çıxarılmışdır.