Onlar hər səhərlərini əzəmətli Ağrı dağının mənzərəsi ilə açırlar. Amma həyatları bu mənzərə qədər hüzurlu deyil. Naxçıvanın Qaraağac kəndi çox vaxt erməni silahlarından açılan səsə də oyanır. Qaraağac Ermənistanla şərti sərhəddə yerləşir.
Son zamanlar bu kənd də tez-tez erməni atəşinə məruz qalır. Ermənistan rəsmiləri sərhəddə atəşkəsi pozduqlarını inkar etsələr də, Qaraağaclılar bu təxribatların ən yaxın şahidləridir.