AZTV Xankəndinin mərkəzində yerləşən dördmərtəbəli binanın zirzəmisindən çəkilmiş dəhşətli görüntüləri yayımlayıb. İlk baxışda adi yaşayış binasına bənzəyən bu tikilinin zirzəmisində əsl labirint mövcuddur.
Kadrlar göstərir ki, zirzəmi həbsxana və ya sığınacaq kimi istifadə edilib. Buradakı qapılar, qaranlıq tunellər və beton divarlar ora daxil olan hər kəsə xof hissi yaşadır.