64 yaşlı şəxs bu dəfə 85 min manatlıq dələduzluğa görə hakim qarşısına çıxarılıb. O, daha əvvəl də külli miqdarda dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu zaman daha bir cinayət əməli üzə çıxıb. Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, 64 yaşlı Şahlar Allahverdiyev "Art Dizayn" MMC-nin direktoru olub. Allahverdiyev özünü Əmlak Məsələləri Dövlət Xidmətinin üzvü kimi təqdim edib. İş adamlarından obyekt tikintiləri üçün lazmı sənədləri hazırlamaq, rəsmi qurumlardan icazə almaq adı ilə külli miqdarda pul alıb.
2024-cü ildə onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin işdə ümumi zərər 300 min manata yaxın olub. O, bəzi zərərçəkmişlərlə barışsa da, digərlərinin pulunu ödəməyib.
Allahverdiyev həbsdə olan zaman ondan daha bir iş adamı şikayətçi olub. Bu dəfə Elşad adlı iş adamına qarşı 85 min manatlıq dələduzluq edib. Belə ki, yanacaqdoldurma məntəqələri olan Elşad adlı iş adamı Astarada yeni yanacaqdoldurma məntəqəsi tikmək istəyib. Buna görə yol kənarında olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və layihənin hazırlanması üçün Allahverdiyevə hissə-hissə olmaqla 85 min manat pul verib.