Xalq artisti Faiq Ağayev "Kanal S"in aparıcısı Nigar Fərhadın qalmaqallı "oğluma atasız qız almaram" sözlərinə sərt reaksiya verib.
Sənətçi aparıcını "danışığını bilməyən ağılsız" adlandırıb.
"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, "oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi izn vermərəm". Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi.