BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər Murovda Azərbaycana məxsus postları “ələ keçirib”? - AÇIQLAMA

Düşmənin Murov istiqamətində 3 postumuzu ələ keçirməsi və Goranboy rayonu Tapqaraqoyunlu istiqamətində şəhidlərimizin olması haqda yayılan məlumatlar tam əsassızdır və həqiqəti əks etdirmir.

 

Pravda.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.

 

O, ictimaiyyəti belə əsassız, yalan məlumatlara inanmamağa çağırıb və hazırda Ordumuzun cəbhə xəttində vəziyyətə nəzarət etdiyini bildirib.

 

Qeyd edək ki, iki gün əvvəl də sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində vəziyyətin gərginləşməsi barədə yalan məlumat yayılmışdı.axar.az

Tarix: 3 İyul 2020, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin