“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 25-ci mövsümü başlayır. Yeni mövsümdə 13 region və 8 universiteti təmsil edən 24 komanda “Nar” kuboku uğrunda mübarizə aparacaq. Bu mövsümdə ilk dəfə olaraq Xankəndini təmsil edən Qarabağ Universiteti komandası da yarışda iştirak edəcək. Yarışı hər həftənin bazar günü saat 17:00-da İctimai Televiziyada izləmək mümkündür.
Qaydalara görə il ərzində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Nar” Kuboku, 2-ci mövsümdə isə “Bilik” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə hər kubokun qalibi, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.