Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə yekun qərar açıqlanıb. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Kamilə Əliyevanın şikayətini əsassız sayıb.
Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb "Baku Steel Company"dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.