Xəbər verdiyimiz kimi, “Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub. Axşam.az-ın məlumatına görə, onun efirdə dediyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. N.Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib. Bir çox məşhur paylaşım edərək Nigara sərt reaksiya verib.
Aktrisa Zümrüd Qasımova Nigarın sözlərini paylaşaraq “Bu nə danışıqdır? Bu nə düşüncədir? Bu xanım nə danışır görəsən? Vay” sözlərini yazıb.
Hazırda ABŞ-də yaşayan aparıcı Günel Hümbətova “Hər yoldan keçəni efirə çıxardanda axırı belə olur! Atasız qızların qeyrətinə söz demək sənin kimi intellektsiz hüceyrələrin başı üçün deyil ha!! Kanalizasiya olub efir! Bu dərəcədə də yox” sözləri ilə əsəbini ifadə edib.
“Avroviziya 2011” qalibi Eldar Qasımov paylaşımında “Qızlar var, atasız böyüyürlər – savadlı, əxlaqlı, tərbiyəli. Qızlar da var, atalı böyüyürlər, amma ağızlarının danışığını bilmirlər. Öz heç 3, 5 qəpiklik olmayan fikirlərini sırtıqcasına hamıya yeritmək istəyirlər.