Bir neçə gün əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilən 44 Günlük Vətən Müharibəsinin qazisi Ceyhun Ağayev dünən gecə saatlarında saxlanılıb. Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib. Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
Onu da qeyd edək ki, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.