Məlum olduğu kimi “Kanal S”in aparıcısı Nigar Fərhadın "atasız qız" mövzusu ilə bağlı qalmaqallı fikirləri cəmiyyətdə səs-küy yaradıb. Lakin bu məsələdə aparıcının yanında dayananlar da var.
Aktyor və rejissor Sərxan Kərəmoğlu aparıcını tənqid edənlərə sərt cavab verib.
Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb:
“Nə qədər dar düşüncə ilə düşünüb fikir bildirirsiniz! Peşəkar aparıcı olmaya bilər, ancaq onun fikirlərini anlamağa çalışmaq bu qədər çətindir?
Qızı qoltuğunda beş kişi ilə gəzən analar var ki, onların övladları hər gün evdə fərqli bir kişi görür. Elə atasız qızları nəzərdə tutub deyə niyə yazmırsınız?! Şəhid adını bu qədər ucuz yerlərdə istifadə etməkdən nə vaxt əl çəkəcəksiniz?”