Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələn şəxslər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.