Mən həqiqətən də hərfləri tam olaraq bilmirəm, lakin bu, uğurlu biznes idarə etməyimə mane olmur. Bu sözləri "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov sosial şəbəkələrdə geniş müzakirə yaradan video-müsahibəsi haqda danışarkən deyib.
"Uzun müddətdir bu şirkəti idarə edirəm. Müxtəlif sahələrdə işlər görmüşəm, qurmuşam, yaratmışam, idarə etmişəm. Nəvəm Amerikada təhsilini başa vurub qayıtdıqdan sonra onu işlərimdə köməyə cəlb etdim. Bir ilin içində idarədə 2 nəfər qaldı, qalanlarını oğurluq üstündə işdən çıxardım. Halbuki onlara yaxşı maaş verirdim. Demək ki, savadımın zəif olmasından idarəyə külli miqdarda ziyan vururdular", - o bildirib.
İş adamı qeyd edib ki, həyat təcrübəsi sayəsində idarəetməni öyrənib və düzgün qərarlar qəbul etməyi bacarıb:
"Hər kəs üçün uğur əldə etməyə çalışdım, onlara maaş verdim, rifahlarını yaxşılaşdırdım. Bir daha deyim, mən həqiqətən də hərfləri tam bilmirəm, amma bu, işimi bilməməyim anlamına gəlmir. İllərlə bir qrup insanı yetişdirib iş verdim, onları yönləndirdim. Bugünkü mövqeyimə baxanda görürəm ki, həyatda qazandıqlarım təsadüfi deyil. Mən hər zaman düzgün düşüncəyə və geniş baxış bucağına sahib olmuşam".
O, həmçinin əlavə edib ki, idarəetmədə savadla yanaşı, təcrübənin də böyük rolu var: