Müğənni Elnur Məmmədov övladları İnam və Məhəmməddən söz açıb.
Bu haqda sənətçi qonaq olduğu “7 tamam” verilişində danışıb.
“Oğlum İnam mənə, Məhəmməd isə anasına, həyat yoldaşıma bənzəyir. Özümə söz vermişəm oğullarımdan birini 3-cü, digərini isə 5-ci sinifdə evləndirəcəyəm ki, vaxtında onların uşaqlarını yəni nəvələrimi görə bilim (gülür). Təbii ki, bunlar zarafatdır. Sinif yoldaşım o gün mənə deyir ki, indi bir proqram çıxıb, indiki vaxtımızla uşaqlıq illərimizi şəkillərlə montaj edib, görüşdürürlər. Elə bil ki, həmin proqramla kiçik Elnuru (oğlu İnamı nəzərdə tutur – red.) indi ki Elnurun görüşməsi olub. Amma həqiqətəndə çox bənzərlik var. Hər zaman deyirəm ki, övladlarım sağlam olsun”, - deyə Elnur vurğulayıb.