"Bu, hamı üçün çox çətin bir an idi. Ən böyük yük isə stüardessanın üzərində idi".
Bu sözləri AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin Subxonkul Rəhimov həlak olan baş bələdçi Hökumə Əliyevanın qəhrəmanlığından danışarkən deyib.