BURADA REKLAMINIZ OLA
BİLƏR

Murad Dadaşov "Maşın şou"dan getdi

"Öz tariximdə "Maşın şou”nu bitirdim”.

Pravda.az xəbər verir ki, bu barədə şounun aparıcısı, xalq artisti Murad Dadaşov özü məlumat verib.

O, bildirib ki, artıq "Maşın şou”nun aparıcılığını etməyəcək:

"Bəli, artıq biz maşının açarlarını təqdim edirik. Bu gün "Maşın realiti şou”nun "Maskarad” sürəti bitdi. 18-ci sürətlə bərabər mən də özüm üçün, öz tariximdə maşını bitirdim. Çünki, hesab edirəm ki, biz layihənin ən pik nöqtəsində tamaşaçılarla uzun müddətlik ayrılırıq. 2020-ci ildə biz çox gözəl layihələrlə yenidən tamaşaçılarla olacağıq. “M-Group Production” çox maraqlı layihələr düşünüb. Aparıcısı da mən olacam. İstəmirəm ki, sadəcə "Maşın şou” ilə yadda qalım. Ona görə də özümü yeni layihələrdə də sınayacam. Bizim yeni realiti şoumuz var. Qeyd edim ki, bu da çox maraqlı layihə olacaq. Eyni zamanda əziyyəti də “Maşın şou”dan çoxdur”.

Tarix: 30 Oktyabr 2019, 23:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin