Şəmkirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilib. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Hüseyn İbrahimova (soyad şərti) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Hüseyn 2020-ci ildə evlənib və 2 azyaşlı övlad var. 2024-cü ilin əvvəlində boşanan oğlan "Snapchat" sosial şəbəkəsində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Züleyxa (şərti adlı) ilə tanış olub və aralarında münasibət yaranıb. 10-cu sinif şagirdi olan yeniyetmə qız 2 avqust 2024-cü il tarixində evdə anası ilə mübahisə edərək mənzili tərk edib. O, Bakıda "Şamaxinka" adlanan yerə gələrək Şəmkirə gedən taksi tapıb və gecə saat 1 radələrində taksi ilə yola düşüb.
Yeniyetmə qız gedərkən "məni yalandan axtarmayın, sevdiyim gəlib məni apardı, axtarsanız da, tapa bilməzsiniz" sözləri qeyd edilmiş məktub yazaraq evə qoyub.