BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusun az yayıldığı rayonların adları açıqlandı – Bəzi rayonlarda isə sürətlə artır

“Koronavirusla bağlı vəziyyətin qənaətbəxş olduğu rayonlar Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdab rayonlarıdır”.

 

Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O qeyd edib ki, bu rayonlardakı göstəricilər arxayınlıq yaratmamalıdır: “Həmin rayonlarda da aşkar olunan hallar var. 6-7 kimi görünən rəqəmlər çox qısa müddətdə sürətlə artıb 100-ü keçə bilər.  Vətəndaşlarımız bundan arxayınlaşmamalıdır”.

 

R.Bayramlı qeyd edib ki, sarı zonaya daxil olan Salyan, Astara, Ağcabədi, Neftçala, İsmayıllı və Biləsuvar rayonları riskli rayonlar hesab olunur. Yoluxma halları 30-70 arasında dəyişir. Yoluxmanın sürətlə artdığı narıncı zonaya daxil olan Abşeron, Sumqayıt, Bakının Nəsimi  rayonu, Cəlilabad, Şəki, Yevlaxda  son günlər yoluxmada artım davam edir. Buna görə karantin rejimini davam etdirməliyik. Bura başqa rayonlar da əlavə edilməlidir.”

Tarix: 3 İyul 2020, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin