Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin əməkdaşı həbs edilib. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.
Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, dövlət qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib.