Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Şokolad xoşlayanlara şad xəbər: Sağlamlıq üçün vacib faydası açıqlandı

630
Paylaş:
Şokolad xoşlayanlara şad xəbər:       Sağlamlıq üçün vacib faydası açıqlandı

Magnezium insan orqanizmi üçün ən vacib minerallardan biridir. Onun çatışmazlığı həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.


Pravda.az bildirir ki, magnezium əskikliyi yorğunluq, əzələ ağrıları, hətta astma kimi problemlərə yol aça bilər.


Magnezium bədən üçün vacib element olub, qan təzyiqini tənzimləyir, damar elastikliyini qoruyur və hüceyrə yenilənməsində mühüm rol oynayır.


Magnezium əskikliyinin səbəbləri


Son illərdə sürətli həyat tərzi və qeyri-sağlam qidalanma magnezium çatışmazlığının əsas səbəblərindəndir. "Fast food" qidalar, emal olunmuş məhsullar və içməli sulardakı magnezium səviyyəsinin azalması bu problemin yayılmasına gətirib çıxarır.


Əsas simptomlardan biri əzələlərdə qıcolmalar və titrəmələrdir. Xüsusilə yaşlı insanlarda bu problem daha ciddi fəsadlara səbəb ola bilər.


Magnezium çatışmazlığının əlamətləri


Ürək döyüntülərinin artması

Mədə krampları

Yorğunluq

Yuxu problemləri

Miqren ağrıları

Əzələlərdə titrəmə və tiki

Osteoporoz

Yüksək təzyiq

Depressiya və unutqanlıq


Magnezium çatışmazlığı necə müalicə olunur?


Həkimlər bildirir ki, magnezium çatışmazlığı vaxtında müalicə olunmalıdır. Əks halda, psixoloji pozğunluqlar, ürək-damar xəstəlikləri, metabolik və nevroloji xəstəliklərə səbəb ola bilər.


Müalicə prosesi həkim nəzarətində xüsusi üsulla aparılır. Ağızdan qəbul edilən tabletlər və ya ciddi hallarda damardan inyeksiya ilə magnezium səviyyəsi bərpa edilir. Bununla yanaşı, düzgün qidalanma da müalicə prosesində mühüm rol oynayır.


Magneziumla zəngin qidalar

Badam

Şokolad

Fındıq və yer fıstığı

Kakao

Paxlalılar


Qeyd: Mütəxəssislər sağlam həyat tərzi üçün magneziumla zəngin qidaların rasiona daxil edilməsini tövsiyə edirlər.


Əminə Bayramova 

Paylaş:

Ən son xəbərlər