Cəmilə Hidayət qızı Xəlilova "Bakı Metropoliteni" QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyin edilib.
Cəmilə Xəlilova 1984-cü ildə anadan olub. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2005-2007-ci illərdə isə magistr dərəcəsi alıb. 2019-2024-cü illərdə təhsilini Böyük Britaniyanın "Chartered Institute of Professional Development"də (CIPD) davam etdirib və strateji insan resursları sahəsində iki diplom əldə edib.