Bakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirən Hikmət Muxtarovun məhkəməsi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov bildirib ki, həmin axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı, Ülvi ünvanına ağır söyüşlər söyüb. Dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib.
Zərərçəklmiş şəxsin hüquqi varisi, Hikmət Muxtarovdan nə səbəbə görə, öldürəndən sonra Ülvi Qasımovun meyitinin fotoşəkilini çəkib başqa şəxsə göndərdiyini soruşub.