Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə "TikTok" və "Instagram" sosial şəbəkəsi üzərindən 30-dan çox vətəndaş aldadılıb. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, "Kharabag International Trade" adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə, sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmədəlizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər.
Aldadılan şəxslərin bəziləri artıq hüquq-mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özbaşına həll olunmasını gözləyir. Adı dələduzluq faktında hallanan şəxslərdən biri, Sənan Eminov deyib ki, şikayətçiləri şirkətin rəhbərliyi aldadıb.