Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanılıb. Pravda.az lent.az-a istinadən xəbər verir ki, azərbaycanlı əvvəllər də Rusiya həbsxanasına düşüb. İndiyədək o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.
O, "qanuni oğru" Lotu Qulinin Sankt-Peterburq üzrə "müavini" kimi tanınır. Sərxan Əsədov Apraksin Dvor tacirlərindən əsas "xərac" yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib. O, həbs olunaraq, ölkədən qovulub.