Ən son xəbərləri səhifəmizdən də izləyin
“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası” və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları” təsdiqlənib.
Pravda.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə yaradılan və “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” portalı vasitəsilə təmin edilir. Əcnəbilərin Portala daxil etdikləri müraciətlərinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılır. Qiymətləndirilmə ölkənin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətləri nəzərə alınaraq, yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə bilik və bacarıqlarının dəyərləndirilməsini nəzərdə tutur.
“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”na əsasən, qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən edilir:
Meyarlar üzrə qiymətləndirilmə aparılarkən aşağıdakılar nəzərə alınır:
Meyarlar |
Qiymətləndirilir (bal ilə) |
1. Mütəxəssis olduğu sahədə təcrübəsi |
0 – 35 |
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu |
0 – 20 |
3. Təhsili |
0 – 15 |
4. Maliyyə təminatı |
0 – 15 |
5. Daxili əmək bazarına müsbət təsiri |
0 – 10 |
6. Xarici dil bilikləri |
0 – 5 |
-“Mütəxəssis olduğu sahədə təcrübəsi” üzrə qiymətləndirilmə əcnəbinin mütəxəssis olduğu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanı (qurumu) tərəfindən həyata keçirilir. Bu zaman qiymətləndirilən əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə son 15 (on beş) ildəki iş təcrübəsinin (o cümlədən özünüməşğulluq əsasında əldə etdiyi təcrübə) müddəti, iş yeri, vəzifəsi, əsas və əvəzçilik üzrə əmək fəaliyyəti, tam və qısaldılmış (natamam) iş vaxtı üzrə çalışması, ixtisasının (peşəsinin) mütəxəssis olduğu sahə ilə uyğunluğu, habelə mütəxəssis olduğu sahədə əldə etdiyi nailiyyətlər (beynəlxalq səviyyədə tanınan sertifikata malik olması), müvafiq sahənin inkişafına verə biləcəyi töhfə təhlil edilir.
- “Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu” üzrə qiymətləndirilmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bu zaman qiymətləndirilən əcnəbinin mütəxəssis olduğu sahə, peşəsinin mahiyyəti, ixtisas səviyyəsi və s. nəzərə alınmaqla, əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişaf siyasətində yüksəkixtisaslı miqrantların cəlb edilməsi nəzərdə tutulan prioritet istiqamətlərlə uzlaşması səviyyəsi təhlil edilir.
- “Təhsili” üzrə qiymətləndirilmə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Elm və Təhsil Nazirliyi) tərəfindən həyata keçirilir. Bu zaman qiymətləndirilən əcnəbinin təhsil aldığı təhsil müəssisəsinin reytinqi, onun təhsil haqqında sənədləri, təhsilalma forması, təhsil pilləsi, təhsil səviyyəsi, elmi adı, elmi dərəcəsi nəzərə alınır, habelə təhsil müəssisəsinin lisenziyasının və akkreditasiyasının mövcudluğu araşdırılır.
“Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 100 pillədə yer alan təhsil müəssisəsində mütəxəssis olduğu sahə üzrə təhsil almış əcnəbi “Təhsili” meyarı üzrə 15 (on beş) balla qiymətləndirilir:
- “Maliyyə təminatı” üzrə qiymətləndirilmə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən həyata keçirilir. Bu zaman qiymətləndirilən əcnəbinin mülki və ya əmək müqaviləsi, yaxud özünüməşğulluq əsasında fəaliyyəti nəticəsində son 2 (iki) ildə əldə etdiyi gəlirləri və ya hesabında pul vəsaitinin olması nəzərə alınır.
-“Daxili əmək bazarına müsbət təsiri” üzrə qiymətləndirilmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu zaman qiymətləndirilən əcnəbinin müvafiq sahə üzrə ixtisaslaşması (təhsil pilləsi, ixtisası (peşəsi), iş təcrübəsi, ixtisası üzrə əmək stajı və əlavə bacarıqları) əsasında onun daxili əmək bazarının inkişafına gözlənilən töhfəsi təhlil edilir.
- “Xarici dil bilikləri” üzrə qiymətləndirilmə, bu Sənədin 4-cü hissəsi nəzərə alınmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu zaman qiymətləndirilən əcnəbinin Azərbaycan, türk, ingilis və ya rus dillərini bilməsini təsdiq edən son 5 ildə əldə etdiyi beynəlxalq dil sertifikatları (dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq azı B2 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatı (DUOLINGO, IELTS, TOEFL, TÖMER, TORFL və s.) və həmin dillərdən azı birində təhsil alması nəzərə alınır.
- Azərbaycan, türk, ingilis və rus dillərində peşə, orta ixtisas və ya ali təhsil almış, yaxud bu Sənədin 3.4-cü yarımbəndində nəzərdə tutulan reytinqlərdən biri üzrə ilk 100 (yüz) yerdən birinə sahib olan təhsil müəssisəsində ingilis, türk və ya rus dillərində ali təhsil almış əcnəbi “Xarici dil bilikləri” meyarı üzrə 5 (beş) balla qiymətləndirilir.
- Azərbaycan, türk, ingilis və rus dillərindən azı birini bildiyini iddia edən, lakin bunu təsdiq edən sənəd təqdim edə bilməməsi qiymətləndirilmənin nəticəsi olaraq 70 (yetmiş) bal toplamaq üçün həlledici olduqda əcnəbinin “Xarici dil bilikləri” Xidmət tərəfindən yoxlanılır və qiymətləndirilir.
10 Aprel 11:47
10 Aprel 11:27
10 Aprel 11:19
10 Aprel 11:17
10 Aprel 11:10
10 Aprel 10:39
10 Aprel 10:32
10 Aprel 10:21
10 Aprel 10:20
10 Aprel 10:16
10 Aprel 09:42
10 Aprel 09:41
10 Aprel 09:40
10 Aprel 09:39
10 Aprel 09:38
10 Aprel 09:36
10 Aprel 09:08
10 Aprel 09:02
10 Aprel 08:51
10 Aprel 08:48
10 Aprel 08:45
10 Aprel 08:42
10 Aprel 08:32
10 Aprel 08:26
10 Aprel 08:23
10 Aprel 08:20
10 Aprel 08:16
10 Aprel 08:00
10 Aprel 07:58
10 Aprel 07:56
10 Aprel 06:37
10 Aprel 06:33
10 Aprel 05:43
10 Aprel 05:39
10 Aprel 05:37
10 Aprel 00:01
9 Aprel 23:48
9 Aprel 23:46
9 Aprel 23:44
9 Aprel 23:41
9 Aprel 23:35
9 Aprel 23:33
9 Aprel 23:32
9 Aprel 23:07
9 Aprel 21:59
9 Aprel 21:13
9 Aprel 21:06
9 Aprel 21:04
9 Aprel 20:59
9 Aprel 20:57
9 Aprel 20:03
9 Aprel 20:00
9 Aprel 19:57
9 Aprel 19:47
9 Aprel 19:45
9 Aprel 19:39
9 Aprel 19:21
9 Aprel 19:18
9 Aprel 19:15
9 Aprel 19:13
9 Aprel 19:06
9 Aprel 18:41
9 Aprel 18:16
9 Aprel 18:14
9 Aprel 18:13
9 Aprel 18:04
9 Aprel 18:03
9 Aprel 18:01
9 Aprel 17:59
9 Aprel 17:56
9 Aprel 17:54
9 Aprel 17:53
9 Aprel 17:51
9 Aprel 17:50
9 Aprel 17:47
9 Aprel 17:39
9 Aprel 17:35
9 Aprel 17:32
9 Aprel 17:31
9 Aprel 17:26
9 Aprel 17:20
9 Aprel 17:06
9 Aprel 16:55
9 Aprel 16:50
9 Aprel 16:41
9 Aprel 16:15
9 Aprel 16:12
9 Aprel 16:08
9 Aprel 15:53
9 Aprel 15:50
9 Aprel 15:48
9 Aprel 15:37
9 Aprel 15:35
9 Aprel 15:17
9 Aprel 15:10
9 Aprel 15:02
9 Aprel 14:26
9 Aprel 14:10
9 Aprel 14:05
9 Aprel 14:03
9 Aprel 13:52
9 Aprel 13:51
9 Aprel 13:49
9 Aprel 13:44
9 Aprel 13:43
9 Aprel 13:36
9 Aprel 13:35
9 Aprel 13:34
9 Aprel 13:31
9 Aprel 13:26
9 Aprel 13:24
9 Aprel 13:20
9 Aprel 13:16
9 Aprel 13:15
9 Aprel 13:02
9 Aprel 13:00
9 Aprel 12:45
9 Aprel 12:43
9 Aprel 12:34
9 Aprel 12:32
9 Aprel 12:31
9 Aprel 12:29
9 Aprel 12:20
9 Aprel 12:18
9 Aprel 12:16
9 Aprel 12:03
9 Aprel 12:01
9 Aprel 11:58
9 Aprel 11:57
9 Aprel 11:48
9 Aprel 11:43
9 Aprel 11:38
9 Aprel 11:30
9 Aprel 11:28
9 Aprel 11:26
9 Aprel 11:16
9 Aprel 11:12
9 Aprel 11:07
9 Aprel 11:04
9 Aprel 11:01
9 Aprel 10:58
9 Aprel 10:55
9 Aprel 10:54
9 Aprel 10:40
9 Aprel 10:35
9 Aprel 10:33
9 Aprel 10:24
9 Aprel 10:22
9 Aprel 10:22
9 Aprel 10:19