Lənkəran Şəhər İcra Hakimiyyəti yanğın hadisəsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Pravda.az-a daxil olan məlumatda deyilir:
“Yanğın hadisəsi indi deyil, 02 iyul 2020-ci il tarixdə saat 14:00 radələrində baş verib.
Lənkəran rayonunun Xanbulan kəndi sakini, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin müavini 1974-cü il təvəllüdlü İmanlı Asif Abdulağa oğluna məxsus ümumi sahəsi 192 kv-m olan yaşayış evinin 50 kv-m hissəsi yanıb.
FHN-nin Cənub Regional Nəzarəti İdarəsi tərəfindən verilən məlumata əsasən yanğın elektrik avadanlıqlarının istismar qaydalarının pozulması səbəbindən baş verib”.
***