Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı oteldə qumar oyunu təşkil edənlərə cəza verilib. Pravda.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, qumar oyunun təşkilinə görə otel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orda ofisant kimi çalışan 1998-ci il Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıb. Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayyət işinə məhkəmədə baxılıb.
Təqsirləndirilən şəxslər otel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən oteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub.
Otelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisantların sözlərinə görə, otelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təçkil etiklərini deyiblər.