Müğənni Aysun İsmayılova bir neçə gündür aylıq qazancının müzakirə olunmasına münasibət bildirib.
Bu barədə o, instaqramda video paylaşıb.
Aysun ad çəkmədən onun aylıq qazancını müzakirə edən həmkarına cavab verib:
"Bəzilərini mənim aylıq qazancım narahat edirmiş. Efirdə də dedim ki, bu, hər ay belə olmur. Amma çox vaxt belə alınır. Mən nə edim ki, sənin bütöv toya getdiyin qiymətə mən yarım saat oxuyuram. İkincisi də kirayə qalmağımın səbəbi kefimin belə istəməyidir. Heç sənin maşınının aylıq kredit ödənişi mənim kirayə pulum qədər deyil. Başa düşürsən, mən necə yerdə qalıram?