Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubunun sabiq futbolçusu Muxtar Nəzərlinin işi Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırılır. Pravda.az "Teleqraf"a istinadla xəbər verir ki, 22.07.2002-ci il təvəllüdlü Muxtar Mehman oğlu Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Bu barədə qərarı yanvarın 30-da AFFA İntizam Komitəsi qəbul edib. Qərardan narazı qalan futbolçu apellyasiya şikayəti verib.